Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-23 17:45:00
“Dördüncü Sənaye İnqilabı” əsəri UNEC alimlərinin tərcüməsində

Dünya İqtisadi Forumunun Davosda keçirilən sonuncu zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Forumun Prezidenti Borge Brende arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması haqqında Niyyət Protokolu imzalanıb.

 

AzEdu.az xəbər verir ki, bu münasibətlə UNEC alimləri tərəfindən Dünya İqtisadi Forumunun Qurucusu və İcraçı Sədri professor Klaus Şvabın “Dördüncü Sənaye İnqilabı” adlı məşhur əsəri Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.

 

Kitabın ön sözündə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov əsərin Azərbaycan dilində oxuculara təqdim edilməsini ölkədə müasir iqtisadi təfəkkürün formalaşması prosesinə verilən mühüm töhfə kimi qiymətləndirib.

 

“Dördüncü Sənaye İnqilabı” kitabının Azərbaycan dilində nəşrinin elmi redaktoru UNEC rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovdur. Əsərin Azərbaycan dilinə tərcüməsi rektorun müşaviri, dosent Elşən Bağırzadə və UNEC-in gənc müəllimi Təhmasib Əlizadə tərəfindən həyata keçirilib.

 

UNEC-in Rus İqtisad Məktəbinin direktor müavini, professor Elşad Məmmədov CBC-nin "Экономика дня" proqramında müvafiq sahə üzrə fundamental əsər hesab edilən kitab barədə ətraflı müsahibə verib.