Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-20 14:00:00
Azərbaycanda yeni vahid məktəbli formasının dizaynı və qiyməti necə olacaq?-İZAH

Məktəbli formasından bəzi şagirdlərin xoşu gəlmir, ancaq vahid formanın müsbət cəhətləri çoxdur. Məktəbli forması geyinmək hər şeydən əvvəl qürur simvoludur və şagird obrazı yaradır. Formanı geyinmək bütün şagirdlərin təbəqədən asılı olmayaraq bərabər hüquqlu olduğunu göstərir. Uniformalar gələcəkdə rəsmi işdə çalışanlara da kömək olur. Belə ki, onlar məktəb dövründən formaya  vərdiş etmiş olurlar. Yeniyetmələrin modanı izləməsi və ona uyğunlaşmaq istəyi hər kəsə bəllidir. Lakin hər kəsin eyni geyindiyi bir məkanda öncəlik biliyə veriləcəkdir. Uniforma şagirdlərə şagird kimi davranma məcburiyyəti verir. Bu forma məktəblini küçədəki hər kəsdən fərqləndirir. Ən vacib məsələlərdən biri də məktəblərin mühafizəsidir. Bütün şagirdlər eyni formada olduqda məktəbə kimin girib-çxması bilinir, lakin hər kəs istədiyi formanı geyinsə, dələduzlar iş başında olar. Həmçinin valideynlər də iqtisadi cəhətdən məktəbli formasını daha düzgün hesab edirlər. Məktəbli forması ətrafa şagirdlərin varlığını və təhsilin özəlliyini anladan bir elementdir.

 

Məktəbli formasının tətbiq edildiyi ən böyük Avropa ölkəsi Böyük Britaniyadır. İngiltərədə məktəbli forması hamı üçün mütləqdir. Dövlət məktəblərinin əksəriyyətində forma eyni, özəl məktəblərdə isə fərqlidir. Hindistan, İrlandiya, Avstraliya, Sinqapur, Cənubi Afrika, Kipr və Hong Kong kimi keçmiş müstəmləkələrinin bir çoxunda, müstəqillik qazanıdıqdan sonra belə, forma ləğv edilməyib. Almaniyada isə vahid məktəbli forması yoxdur, baxmayaraq ki, onun tətbiqi ilə bağlı debatlar davam edir. 

 

“2020-2021 tədris ilindən bütün orta məktəblərdə vahid məktəbli formaları tətbiq ediləcək”

 

Azərbaycanda məktəbli forması sovet dönəmində də olub, müstəqillik əldə etdiyimiz dövrdə də. vahid məktəbli formasının 2020-2021-ci tədris ilindən bütün ümumtəhsil müəssisələrində tətbiq olunacağı nəzərdə tutulur. Yeni yanaşmaya əsasən Vahid məktəbli formasında ibtidai siniflə yuxarı sinif şagirdlərinin geyim forması fərqlənəcək, eyni zamanda geyim forması hazırlanarkən fəsillər də nəzərə alınacaq. Geyim formalarının bölgələrə çatdırılması üçün yerlərdə satış məntəqələrinin olması nəzərdə tutulur. Təbii ki, burada əhalinin alıcılıq qabiliyyəti nəzərə alınacaq. Geyim forması tam qərarlaşdırıldıqdan sonra qiymət məsələsinə də baxılacaq.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları