https://www.zirve.edu.az/
20.05.2020 10:48
Bu tələbələrə sentyabr ayına qədər möhlət verilməlidir -Ekspertdən ETİRAZ
Çap et

“Tələbəyə "ay sonuna kimi təhsil haqqını ödəməsən, imtahana girə bilməyəcəksən" demək özü qanuna ziddir. Hər şey bir yana, insanlığa ziddir”

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Adil Vəliyev təhsil haqqını ödəyə bilməyən tələbələrin vəziyyətindən danışarkən deyib. O, universitetləri sentyabr ayına qədər tələbələrə möhlət  verməyə çağırıb.

“Yeni qaydalara əsasən əhalinin həssas qrupuna aid olan 22 mindən çox tələbənin təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Nəzərə alaq ki, 22 min tələbənin 16500 universitet, 4600 orta ixtisas,1000-ə yaxın tələbə isə peşə təhsili müəssisələrdə təhsil alır.

Hazırda Azərbaycanda 252 min tələbənin 51,6%-I ödənişli əsaslarla   təhsil alır. Əsas məsələ odur ki, təxminən iki ay müddətində iş yerləri bağlı oldu. Təhsil haqqını vermək bir yana,  insanlar evinə çörək ala bilmirdilər. Bunun üçün də nəsə qərar imzalanmalıdır?

Olmaz ki, universitetlər sentyabra kimi möhlət versinlər? Tələbəni "ay sonuna kimi təhsil haqqını ödəməsən imtahana girə bilməyəsən" demək özü qanuna ziddir. Hər şey bir yana,insanlığa ziddir”.

 

“Universitetin əsas reklamı onun tələbəsidir. Tələbələrinizə kömək edin ki, onlar da sizə kömək etsin”-deyə ekspert A.Vəliyev sözlərinə əlavə edib.