Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-16 14:55:00
Hədəf  STEAM liseyi şagirdlər üçün maraqlı müsabiqə elan edir

Hədəf STEAM Liseyi şagirdlər  üçün “Təmiz əllər” adlı onlayn rəsm müsabiqəsi elan edir.

AzEdu.az  xəbər verir ki, rəsm müsabiqəsinin məqsədi təmizliyi, paklığı boyalarla canlandırmaqla şagirdlərin gigiyena qaydalarını öyrənməsi, onlara əməl edilməsinin vacibliyini bir daha xatırlatmaqdır.

Müsabiqənin şərtlərinə görə ,  müxtəlif rəngkarlıq və qrafika janrlarında işlənmiş rəsm işləri təqdim edilə bilər. Rəsmlər A3 və A4 formatında olmalıdır  və kətan, kağız, karton, yağlı boya, akril, quaş, pastel, rəngli karandaş və flomasterlər, qarışıq texnikadan  istifadə edilə bilər.

Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi ilə qatıla bilər. Rəsm işləri Hədəf Liseyinin Feysbuk səhifəsindəkielan paylaşımının altında yerləşdiriləcək və iştirakçılar dostlarını virtual sərgiyə çağıraraq, rəsm işlərini bəyənməyə dəvət edəcək.Şəklin postunda şagirdin ad və soyadı, oxuduğu məktəb və sinif qeyd olunmalıdır.

Müsabiqədə I-XI sinif şagirdləri iştirak edə bilər. Müsabiqənin şərtlərinə uyğun olaraq rəsmin ideyasına xüsusi diqqət yetiriləcək.  Rəsm işlərində əl və ya barmaq şəkillərinin olması əsas şərtdir.

Müsabiqə elan olunduğu gündən 30 aprel 2020-ci il saat 12:00- dək davam edəcək.

 Müsabiqənin 10 nəfər qalibi bir günlük Hədəf STEAM Liseyinin qonağı olaraq, yaşıdları ilə bir sinifdə dərs günü keçirərək əylənərək öyrənəcək. Əgər qalib Hədəf liseyi şagirdi olarsa, o zaman istədiyi bir dostunu dəvət edə bilər.
 

5 rəsm işi ən çox bəyənilən işlərdən, 5 rəsm isə Lisey rəhbərliyi tərəfindən 01 may 2020-ci il tarixində qalib elan ediləcək.Qaliblər “Hədəf” və “Xan” nəşrlərındən yaşına uyğun kitab hədiyyəsi alacaq.