https://www.zirve.edu.az/
09.04.2020 16:02
BMU aliminin elmi məqaləsi “Crystallography reports”-da
Çap et

AzEdu.az xəbər verir ki, Bakı Mühəndislik Universitetinin (BMU) fizika kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Razim Bayramlının həmmüəllifi olduğu elmi məqalə “Crystallography reports” jurnalında dərc olunub.

 

Web of Science və Scopus kimi nüfuzlu məlumat bazalarında indekslənən və impakt faktoru 0,751 olan jurnalda nəşr olunan məqalədə (“Polymorphic Transformations in the K0.945Ag0.055NO3 Single Crystal”) kristalloqrafiya və kristallar fizikası ixtisası üzrə üzvi və qeyri-üzvi birləşmələrin kristallarında polimorf çevrilmələrin mexanizmi araşdırılıb. 

 

BMU-dan bildirilib ki, məqalədə eyni zamanda, polimorf çevrilmələrin morfologiya və kinetikasının tədqiqi, polimorf modifikasiyaların kristal quruluşunun rentgenoqrafik tədqiqi sahəsində elmi araşdırmalar verilib.

 

Məqalənin xülasəsi ilə https://link.springer.com/journal/11445/65/2/page/2 linki vasitəsilə tanış olmaq mümkündür. (Azərbaycan müəllimi)