https://www.zirve.edu.az/
30.03.2020 17:46
Koronovirus ən çox bu ölkələrdəki şagirdləri məktəbsiz qoyub  – Azərbaycan UNESCO siyahısında
Çap et

 

 

İlk olaraq Çinin Uhan şəhərində meydana gələn və sürətlə dünyaya yayılan ölümcül koronavirusa görə Azərbaycan da daxil olmaqla bir çox ölkədə məktəb və universitetlərdə tətil elan edilib.

 

AzEdu.az xəbər verir ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı – YUNESKO-nun hesabatına görə dünya üzrə 290 milyondan çox şagird təhsilsiz qalıb.

 

Bildiyimiz kimi, Azərbaycanda aprelin 20-nə kimi təhsil dayandırılıb. Hesabata görə, ölkəmizdə 1 milyon 780 min şəxs bu səbəbdən təhsil ala bilmir.

 

İlk olaraq Asiya qitəsini qorxuya salan koronavirusdan dolayı Çində 233 milyon 170 min, Yaponiyada isə 16 milyon 500 min şagird məktəbə gedə bilmir.

 

Qonşu ölkə İranda 14 milyon 560 min, ölüm sayına görə Çini də keçən İtaliyada isə 9 milyon 40 min şagird təhsilsiz qalıb.

 

İraqda bu göstərici 7 milyon 10 min, Cənubi Koreyada isə 4 milyon 230 minə bərabərdir.

 

Birləşmiş Ərəb Əmirliklərində 1 milyon 780 min,  Livanda 1 milyon 130 min məktəbli təhsildən kənar qalıb.

 

Qeyd edək ki, hazırda 731 min 598 koronavirusa yoluxub, 34 min 663 nəfər isə dünyasını dəyişib.