Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-26 17:53:00
Qalibiyyətləri ləğv olunan bu deputatlar yenidən aktiv elmə qayıdacaqlarmı?- İkisi professordur

 

 Ötən gün Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərə yekun vurub və seçkilərin ümumi yekunlarına dair protokolu tərtib edib. Protokol tərtib edildikdən sonra MSK üzvləri tərəfindən imzalanıb. Daha sonra seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib.

MSK-nın seçkilərdən sonrakı müzakirələr mərhələsində ən yadda qalan məqam isə  13  fevralda keçirlən iclasında 4 seçki  dairəsinin nəticələrinin  ləğv edilməs oldu.

Həmin seçki dairələrini bir daha xatırlayaq: 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə;

74 saylı Lənkəran kənd seçki dairəsi- lider namizəd Hadı Rəcəbli;

35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu;

33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd  Hüseynbala Mirələmov.

Ləğv edilən seçki dairələrinin üçündə qalib olan namizədlərin  həm də elmi fəaliyyətləri də var. Maraqlıdır, görəsən, bundan sonrakı fəaliyyətləri dönəmində onlar yenidən aktiv elmə qayıdacaqlarmı? Təbii ki, burada onların seçkilərə yenidən qayıdıb-qayıtmamaları da əsas şərtlərdəndir.

AzEdu.az nəticələri ləğv edilən dairələrin lider namizədlərinin elmi fəaliyyətlərini təqdim edir:

Ləğv idlən 80 saylı İmişli-Beyləqan seçki dairəsinin  lider namizədi Çingiz Qənizadə 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, 1984-cü ildə təhsilini başa vuraraq, hüquqşünas ixtisasına yiyələnib. Hüquq üzrə fəlsəfə doktoru və hüquq müdafiəçisidir.

Ləğv edilən 74 saylı Lənkəran kənd seçki dairəsi, lider namizəd Hadı Rəcəbli Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib. Siyasi elmlər doktoru, professordur. 

Ləğv edilən 33 saylı Xətai birinci seçki dairəsinin  lider namizədi Hüseynbala Mirələmov Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU-red.) sənaye və mülki tikinti fakültəsini bitirib. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri vəzifəsində çalışır. Texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Rusiya Mədən Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, çoxsaylı elmi və bədii əsərlərin müəllifidir.

Zamanında jurnalistlər Moskva Dövlət Universitetinin rektoru Petrovskiyə sual ünvanlayıblar ki, çox görkəmli alim olmusunuz və  elmə daha çox töhfələr vermək imkanınız olub. Lakin siz rektor olaraq ictimai həyatda təmsil olunmağı daha üstün tutmusunuz.

O, da cavab verib ki, geriyə qayıtmaq qeyri-mümkündü, ancaq mən hesab edirəm ki,  Moskva Dövlət Universitetində rektorluğum dövrü mənim həyatımın millətimə xidmət etmək baxımından  ən verimli bir dövrü olub.

Bu misalı  bizim həmin namizədlərə də aid etmək olar. Onların da elmə verdikləri tövhə olduqca çoxdur. Lakin onlar siyasət  və ictimai həyatda təmsil olunmağı daha üstün tuturlar. Bəlkə də  bu yolla xalqa daha çox xidmət edəcəklərini düşünürlər.

Amma elm yolu ilə cəmiyyətə xeyir vermək, onu inkişaf etdirmək ,  daha müqəddəsdir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları