Azedu.az

Təhsil Nazirliyinin ən çox müraciət olunan e-xidməti hansıdır? -AÇIQLAMA

18 Fevral 2020, 13:05
Təhsil Nazirliyinin ən çox müraciət olunan e-xidməti hansıdır? -AÇIQLAMA

“Ötən il ərzində Təhsil Nazirliyinin fəaliyyət göstərən elektron xidmətləri sırasında ən çox müraciət daxil olan e-xidmət “Şagirdlərin elektron yerdəyişməsi” olub. Belə ki, xidmət üzrə il ərzində 98065 müraciət qeydə alınıb”.

 HƏMÇİNİN OXU: NAZİRLİK: 3083 tələbə köçürülmək üçün e-müraciət edib

 Məlumata görə, məktəbəqəbul üzrə 37949 və məktəbəhazırlıq qruplarına qəbul üzrə 77914 müraciət daxil olub: “Bu iki xidmətin eyni sistem üzərindən (www.mektebeqebul.edu.az) aparıldığını nəzərə alaraq, ümumi müraciət sayının ötən il ərzində 115 863 olduğunu qeyd edə bilərik”.

 Qeyd edək ki, məktəbəhazırlıq qruplarına qəbul bütün ölkə, məktəbəqəbul üzrə isə Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Şirvan, Naftalan şəhərləri və Abşeron, Samux, Yevlax rayonlarında elektron qaydada həyata keçirilir.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox