https://www.zirve.edu.az/
17.02.2020 17:36
Texniki Universitetdə “AgroHakathon 2020” müsabiqəsinə hazırlıqla bağlı görüş
Çap et

“AgroHakathon 2020” müsabiqəsinə hazırlıq çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) nümayəndələri arasında görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə müsabiqənin təşkilat komitəsinin həmsədri, KTN-in Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov yarışda həm komandalar, həm də azarkeşlər üçün xüsusi yerlər ayrılacağını deyib. Qeyd olunub ki, yarışlar fevralın 29–dan martın 2-dək keçiriləcək. Komandalar 2020 dəqiqə ərzində onlara verilən texniki tapşırığı yerinə yetirməli olacaqlar.

Müsabiqədə I, II və III yerləri tutan komandalar 6060, 4040, 2020 manat məbləğində pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.