Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-13 17:46:00
Tibb kollecləri özünü niyə doğrultmadı?-Adil Qeybulladan izah

 

 “Kolleclərdə verilən tibb bacısı ixtisası həm sovet dövründə, həm də indiki müasir zamanda özünü doğrultmur”.

Bu sözləri AzEdu.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O, yeni qaydalara əsasən, tibb bacısı ixtisasının Tibb Universitetinə verilməsi haqqında fikirlərini bildirib:

“Kolleclərdə tibb bacısı ixtisası üzrə olan 1 il 6 ay, 1 il 8 aylıq təhsil sistemi sovet dövründən qalan  nəzəri təhsilin verilməsinə əsaslanır.

Bu ikinci dünya müharibəsindən sonra SSRİ ölkələrində olan adətlərdən biri idi. Kolleclərdə verilən tibb bacısı ixtisası həm sovet dövründə, həm də indiki müasir zamanda özünü doğrultmur. Çünki orta tibb işçilərinin hazırlanması daha çox praktiki vərdişlərə əsaslanmağı tələb edir və bizim təhsil sistemində nəzəri biliklər aparıcı rol oynayır. Türkiyədə tibb bacısı ixtisası üzrə kadrlar 4 il müddətinə hazırlanırlar. Bizdə isə bu təhsil iki il üçün nəzərə tutulub. Tibb bacıları praktik hissəni  iş zamanı xəstə üzərində öyrənirlər. Buna görə də kamil tibb bacıları yetişdirmək  mümkün olmurdu. Lakin Türkiyədə  tibb bacıları 4 il müddətində  mükəmməl kadr kimi yetişirlər. Buna görə də tibb bacılarının Tibb Universitetində təhsil alması daha məqsədəuyğundur. İxtisasın  hansı yerdə olmasının heç bir fərqi yoxdur. Önəmli olan onun mükəmməl şəkildə ötürülməsidir.

Kolleclərin özündə isə struktur islahatları getməli və Tibb Universitetində tətbiq oluanan 4 illik təhsil orta tibb təhsilinin standartlarına uyğun olmalıdır”.

Qeyd edək ki, Azərbaycan Tibb Universiteti daha bir yeniliyə imza atır. Belə ki, ölkəmizdə yeganə ali tibb təhsili verən bu universitetdə bundan sonra “Tibb bacısı” ixtisası üzrə də təhsil almaq mümkün olacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları