Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-12 12:18:00
Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün karyera imkanları yaradılıb

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün növbəti karyera imkanları yaradılıb.

AzEdu.az xəbər verir ki, bu məqsədlə Azərbaycanda “Mercedes-Benz” avtomobillərinin rəsmi dileri olan Abşeron Avtomobil Mərkəzində görüş keçirilib.

Görüş zamanı peşə təhsil mərkəzinin nümayəndə heyətinə Abşeron Avtomobil Mərkəzinin maddi-texniki bazası, təcrübəli və ixtisaslı texniki kadrları ilə yaxından tanış olmaq imkanı yaradılıb. Mərkəzin təhsilalanları üçün təcrübə proqramı hazırlanıb, texniki şöbələr və mentorlar müəyyən edilib.

Qarşılıqlı razılıq əsasında avtomobil ixtisası üzrə təhsilalanlar peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramı və eləcə də ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi nəzərdə tutulur. Yüksək nəticə göstərən təhsilalanlar üçün Abşeron Avtomobil Mərkəzində iş imkanlarının yaradılmasına dair razılıq əldə olunub.