Azedu.az

Daha bir Tarix müəllimi sertifikasiyadan yüksək bal TOPLAYIB

Sertifikasiya

24 İyun 2026, 12:46
Daha bir Tarix müəllimi sertifikasiyadan yüksək bal TOPLAYIB

Bu gün daha bir Tarix müəllimi sertifikasiyadan yüksək nəticə göstərib.

Bakı şəhəri 62 nömrəli məktəb-liseyin tarix müəllimi Gülnar Heydərova sertifikasiya imtahanından sonra AzEdu.az-a təəssüratlarını bölüşüb.

2008-ci ildən pedaqoji fəaliyyət göstərən müəllim imtahanda 55 bal topladığını bildirib.

“Sertifikasiya imtahanının müəllimlərin inkişafına çox böyük təkan verdiyini düşünürəm. Müəllimlər bu proses zamanı öz üzərlərində daha çox işləyirlər, yeni məlumatlarla tanış olurlar”.

G. Heydərova həmkarlarına da uğurlar arzulayaraq onların öz üzərlərində daha çox çalışmasının vacibliyini vurğulayıb:

“Bütün həmkarlarıma uğurlar arzulayıram. Mütləq öz üzərlərində işləsinlər və növbəti sertifikasiyalarda daha yüksək nəticələr əldə etsinlər”.

TƏCİLİ! Ukrayna aman vermir - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox