Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-11 17:51:00
“Orta məktəblərdə şəhidlərin, milli qəhrəmanların adının siniflərə verilməsi təqdirəlayiqdir”

Cəlil Xəlilov: “Bu, həm qəhrəmanlarımızın təbliği, həm də vətənpərvərlik tərbiyəsi baxımından mühüm önəm kəsb edir”

Son vaxtlar orta məktəblərdəki bəzi siniflərə şəhidlərimizin, Milli Qəhrəmanlarımızın adı verilməkdədir.

Maraqlıdır, Azərbaycanın ərazi bütövlüyü, təhlükəsizliyi uğrunda mübarizədə şəhid olan qəhrəmanlarımızın adının siniflərə verilməsi, şagirdlərin məhz şəhidlərimizin adını daşıyan siniflərdə təhsil alması, həm qəhrəmanlarımızın təbliği, həm də vətənpərvərlik tərbiyəsi baxımından necə dəyərləndirilə bilər?

AzEdu.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu addımın təqdirəlayiq olduğunu vurğuyıb:

“Təbii ki, şagirdlərin şəhidlərimizin, qəhrəmanlarımızın adını daşıyan siniflərdə təhsil alması təqdirəlayqidir. Bu, həm respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan qəhrəmanlaırmızın təbliği, onların xatirəsinə ehtiram göstərilməsi, həm də yeniyetmələr, gənclər arasında vətənpərvərılik tərbiyəsinin yüksək səviyyədə təşkili baxımından müsbət addımdır.

Şəhidlərin, qəhrəmanların adını daşıyan siniflərdə təhsil almaq şagirdlər üçün əlavə məsuliyyət hissi deməkdir. Bu siniflərdə təhsil alan şagirdlər başa düşür ki, onlar öz təhsilləri, tərbiyələri, vətənpərvərlikləri ilə həmin şəhidin adına, onun xatirəsinə layiq olmalı, onlara, siniflərinə göstərilən bu etimadı doğrultmalıdırlar. Bu səbəbdən də gənclərimizdə vətənpərvərlik ruhunu yüksəldən bu kimi addımları alqışlayır, bu təcrübənin digər məktəblərimiz də yayılmasını məqsədəuyğun hesab edirəm”. (moderator.az)