https://www.zirve.edu.az/
11.02.2020 11:30
Şagirdlər üçün “Açıq laborator işi”

AzEdu.az xəbər verir ki, AMEA-nın  Neft-Kimya Prosesləri İnstitutunda Rusiya Elm Gününə həsr olunan 6-8-ci sinif şagirdləri üçün “Açıq laborator işi” adlı elmi-maarifləndirici tədbir keçirilib.

 “Təhsil Layihələri Laboratoriyası” adlı  Qeyri-kommersiya təşkilatı və Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin (RİMM) təşkil etdiyi tədbirdə  məktəblilər astronomiya, antropologiya, biologiya, coğrafiya, fizika və kimya sahələrində biliklərini test üsulu ilə sınamaq imkanı əldə ediblər.

 Tədbirin aparıcıları  institutun laboratoriya müdiri, kimya elmləri doktoru Fizuli Nəsirov və  Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin  Azərbaycandakı nümayəndəliyinin baş mütəxəssisi Yelena Şişkalova idi.

 Qeyd olunub ki, belə tədbir  Azərbaycanda ilk dəfə keçirilir və mütəxəssislər, məktəblilər arasında böyük maraq oyadır.

 Sorğunun  qalibləri 27 nömrəli məktəbin şagirdləri-  Rəsul Cəfərov və Nicat Fərəczadə, 189-190 nömrəli məktəbin şagirdləri- Şahin Ələkbərov, Alina Tixonenko və Fuad Nağıyev olub.

Test başa çatdıqdan sonra şagirdlər akademik Y.Məmmədəliyevin muzeyinə baxıblar.(Azərbaycan müəllimi)