https://www.zirve.edu.az/
11.02.2020 10:34
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edəcək

Fevralın 14-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev paytaxtdakı 167 nömrəli tam orta məktəbdə vətəndaşları qəbul edəcək.

AzEdu.az xəbər verir ki, Yasamal, Səbail və Qaradağ rayonları üzrə keçiriləcək müəllim və valideynlərin səyyar qəbulu saat 10:00-da başlayacaq. Qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin müdiri tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.