Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-10 14:55:00
Gənc rəssamların dünyanın yeddi ölkəsində uğurları

3 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzində beynəlxalq uşaq rəsm müsabiqələrində qalib olan gənc rəssamların “Bizim uğurlarımız” adlı təltifetmə mərasimi keçirilib.  

 Qeyd edək ki, 2019-cu il ərzində “Rəsm” studiyasının üzvləri müxtəlif ölkələrdə keçirilən müsabiqə, baxış və sərgilərə  qatılaraq uğurlar qazanıblar. Rəsm dərnəyinin üzvləri dünyanın 7 ölkəsində – Misir, Rusiya, Yaponiya, Polşa, Çexiya, Bolqarıstan, Rumıniyada keçirilən rəsm müsabiqələrində  4 qızıl, 6 gümüş medal, 51 diplom və 17 sertifikata sahib olublar.
 

Təltifetmə mərasimdə Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, xalq rəssamları Ağaəli İbrahimov və Arif Hüseynov çıxış edərək,  Uşaq-Gənclər İnkişaf   Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, mükafat qazananlara uğurlar arzulayıblar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və  Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi, “Abşeron” Rəsm Qalereyasının rəhbərliyi, müxtəlif ölkələrin səfirlik nümayəndələri  təltifetmə mərasimində iştirak ediblər.

Tədbirin bədii hissəsində “Çiçəyim” uşaq teatrının üzvləri “Balaca rəssam” adlı pantomim kompozisiya, "Azəri İnciləri" vokal qrupu "Azərbaycan", “Bakı" və “O sole mio" mahnıları ilə çıxış ediblər. (Azərbaycan müəllimi.Sifai SƏFƏROVA)