![](https://azedu.az/uploads/news/2020/02/azedu.az_telebe_883.jpg)
Bu gün ölkədə növbədənkənar parlament seçkiləri keçirlir. Qeyd edilir ki, ölkədə 5 milyon 329 461 nəfərin səsvermə hüququ var. Məlum olduğu kimi hər bir seçici qeydiyyatda olduğu rayon və ya şəhər üzrə səsvermə hüququna malikdir.
Bəs maraqlıdır, Bakıda təhsil alan və rayon qeydiyyatında olan tələbələr səsvermə hüququndan necə istifadə etsin?
AzEdu.az xəbər verir ki, seçki prosesinin bir gün olduğunu nəzərə alsaq, tələbənin qısa vaxt kəsiyində rayona və ya başqa şəhərə gedib-qayıtmağı bir qədər imkansızdır.
Əlavə etsək ki, parlament seçkiləri tətil dövrünə təsadüf etmir, o zaman ucqar bölgədən olan tələbənin yaşadığı ünvana gedib səs verməsi həm əlavə vəsairt, həm də zaman tələb edir.
O zaman rayon qeydiyyatında olan tələbələr səs verə bilmir. Onlar üçün qanunvericilikdə hansısa hal nəzərdə tutulub və Bakıda eləcə də təhsil aldıqları şəhərlərdə səs verə bilərlər?
Hüquqşünas Elçin Sadıqov rayon qeydiyyatında olan tələbələrin təhsil aldıqları şəhərdə səs verə bilmələri üçün qanunvericilikdə hər hansısa halın nəzərdə tutulmadığını bildirib:
“Bakı, yaxud da digər şəhərlərdə təhsil alan tələbələr qeydiyyatda olduqları rayon və ya şəhərdə səs verməlidir. Onların təhsil aldıqları şəhərdə səs verə bilmələri üçün hər hansısa şərait yaradılmır”.(Modern.az)
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)