Azedu.az

UFAZ magistr təhsilinə başlayır

6 Fevral 2020, 13:10
UFAZ magistr təhsilinə başlayır

2020/2021-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ilk dəfə olaraq magistratura proqramı fəaliyyətə başlayacaq.

AzEdu.az  xəbər verir ki, bunu fevralın 6-da UFAZ-da keçirilən mətbuat konfransında ADNSU-nun rektoru, professor Mustafa Babanlı deyib. O bildirib ki, UFAZ-da magistratura pilləsində tədris tətbiqi kompüter elmləri, geofizika, fiziki kimya və kimya mühəndisliyi ixtisasları üzrə aparılacaq.

Rektor məlumat verib ki, 2 il nəzərdə tutulan magistratura proqramının sonunda məzunlara iki diplom (ADNSU və Unistra) veriləcək. Bakalavrda olduğu kimi magistratura proqramı üzrə də tədris ingilis dilində aparılacaq.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox