Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-03 15:28:00
Bu məktəblərimizdə  şagirdlərə minadan müdafiə dərsləri keçirilir

Ümumtəhsil müəssisələrində şagirdlərin şəxsiyyətyönümlü, vətənpərvərlik ruhunda tərbiyəsi tez – tez müzakirə olunan məsələlərdəndir.

Bəs, hazırda orta məktəblərdə hansı fənlərin tədrisi buna xüsusilə xidmət edir və onlara neçə saat yer verilir?

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər 2019-2020-ci il üzrə tədris planına dair qeydlərdə əks olunub.

Sənədə əsasən, belə fənlərdən ən əsası X-XI siniflərdə tədris olunan “Çağırışaqədərki hazırlıq” fənnidir.

Bundan əlavə, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumtəhsil məktəbləri, habelə Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərində ayrıca fənn tədris olunur. Bu,VI siniflərdə tədris olunan dəsrdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 saat olmaqla II yarımildə “Mina təhlükəsinə dair maariflənmə” adlı fakültativ kursdur.

Qeyd edilən rayonların bütün ümumtəhsil məktəblərinin və Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin IV siniflərində isə həmin kurs üzrə mövzular “Həyat bilgisi” fənninin daxilində keçilir.

Bununla yanaşı, VII sinifdə dərsdənkənar məşğələlərə ayrılan 1 saat dərs cədvəlinə daxil edilməklə “Qarabağın tarixi” kursunun tədrisinə ayrılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları