Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-31 14:10:00
SABAH tələbələri “Azercell” Tələbə Təqaüd Proqramının qalibi olub

Azercell” Tələbə Təqaüdü Proqramınında qalib gələn tələbələrin mükafatlandırma mərasimini keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, “Azercell”in İnsan kapitalının idarə edilməsi departamentinin direktoru Ziba Mustafayeva və SABAH İcra Komitəsinin tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova qalibləri təbrik edərək onlara  gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

 Bu il “Azercell” təqaüdçüsü adına layiq görülmüş 28 tələbədən 9-u SABAH qruplarının tələbələridir. Qaliblər ali təhsillərinin sonunadək “Azercell” şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, rəqəmsal dünyanın ən son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək imkanı əldə edirlər.

 Qeyd edək ki, Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində 2017-ci ildən etibarən 31 SABAH tələbəsi Azercell Tələbə Təqaüd Proqramının qalibləri olub. Eyni zamanda SABAH Karyera Akademiyası çərçivəsində keçirilən SABAH Karyera Qış Məktəbində “Azercell” şirkətinin peşəkarları təlimçi qismində iştirak etməklə tələbələrin şəxsi və peşəkar inkişafına dəstək olurlar.

 Bu il Tələbə Təqaüd Proqramına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat” ixtisası üzrə tələbəsi İzzət Quliyev, “Mühasibat uçotu və audit” ixtisası üzrə tələbələri Elşad Əliyev, Fəridə Səfiyeva, Kamran Vəzirov, “Biznesin idarə edilməsi” ixtisası üzrə tələbəsi Yavər İsrafilov, “Maliyyə” ixtisası üzrə tələbəsi Günel Xosrovlu, Bakı Dövlət Unversitetinin “Hüquqşünaslıq” ixtisası üzrə tələbələri Töhfə Abdullayeva, Babək Hüseynov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kompüter mühəndisliyi” ixtisası üzrə tələbəsi Həsənxan Məmmədov təqaüdə layiq görülüblər.