Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-29 09:12:00
Alimlər yeni koronavirusu yetişdirməyə nail olublar

Avstraliyanın Doerti İnstitutunun alimləri yeni koronovirusu yetişdirməyə nail olublar.

AzEdu.az xəbər verir ki, Melburnda yerləşən həmin elmi institutun saytın istinadla xəbər verir ki, bu, yeni koronovirusla mübarizə üçün beynəlxalq laboratoriyaların mühüm informasiya əldə etməsinə şərait yaradacaq.

İnstitutdan bildirilir ki, virus xəstələrdən birindən götürülmüş nümunə əsasında yetişdirilib. Bu, yeni koronovirusun Çindən kənarda hazırlandığı ilk haldır.

İnstitutun saytında yerləşdirilmiş məlumatda vurğulanır ki, yeni koronavirusun nümunəsinin yetişdirilməsi analiz zamanı bütün üsullardan istifadə etməyə, virusun bütün özəlliklərini aydınlaşdırmağa şərait yaradacaq ki, bu da öz növbəsində diaqnostikada mühüm irəliləyişə təkan verəcək.

Həmin virusdan Avstraliyada istifadə etməklə yanaşı, onun Dünya Səhiyyə Təşkilatının laboratoriyalarına göndərilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, yeni koronavirusun yayılması nəticəsində Çində artıq 132 nəfər vəfat edib, 6 min nəfərin ona yoluxduğu bildirilir. (azertag.az)