Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-27 16:59:00
Şəhriyar haqqında xatirələr kitab halında nəşr olundu

“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsinin 50-ci kitabı olan “Məhəmmədhüseyn Şəhriyar xatirələrdə” artıq nəşr olunub. Nəşriyyatdan aldığımız məlumata görə, kitabın tərtibçisi və ön söz yazarı f.ü.e.d., dos. Esmira Fuad, Redaktoru Səbuhi Şahmursoy, Rəssamı Vasif Səftərovdur. Tərcüməçiləri f.ü.e.d Sabir Nəbioğlu, f.ü.f.d. Ülkər Əliyeva, t.ü.f.d. Həsən Səfəri olan bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir.

Toplunun əvvəlində öz xatirələri də yer alıb. Əlavə olaraq, şairini qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəh­riyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələr­dən bəhs edilir. “Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqla­nanlar, ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.