Türkiyəli 10 yaşlı Ali Koç İtaliyada keçirilən və 54 ölkədən şagirdlərin iştirak etdiyi beynəlxalq STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) Olimpiadasında dünya birincisi olub.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ali Koç yarışda həm riyaziyyat, həm də elm kateqoriyaları üzrə yüksək nəticə göstərərək hər iki istiqamətdə qızıl medal qazanıb.
Balaca olimpiyaçı əldə etdiyi bu uğurla beynəlxalq arenada yarışın ən uğurlu iştirakçılarından biri seçilib.
Ali Koçun nailiyyəti Türkiyə ictimaiyyətində böyük maraq və qürur hissi ilə qarşılanıb.