Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-26 16:19:00
Müəllimin şagirdin çəkdiyi rəsmə müdaxiləsi müzakirələrə səbəb oldu

Bu günlərdə Moskva məktəblərinin birində müəllimin şagirdin rəsm əsərinə etdiyi müdaxilə bütün ölkədə ciddi narazılıq və müzakirələrə səbəb olub.

Müəllim şəklin protez ayaq hissəsini sildi və...

AzEdu.az Rusiya mediasına istinadən xəbər verir ki, qarşıdan faşizm üzərində qələbənin 75-ci ildönümünün gəlməsi ilə əlaqədar olaraq, paytaxt məktəblərindəki müəllimlərədn biri  şagirdlərə xəyallarındakı müharibə qəhrəmanını şəklini çəkməyi tapşırıb. Lakin şagirdlərdən birinin çəkdiyi rəsm əsəri müəllimin etirazına səbəb olub. Belə ki, müharibədə iştirak edən və bir ayağını itirən babasının şəklini çəkən şagirdin bu əsərinin “qəhrəman obrazı ilə uyuşmadığını” bildirən müəllim, şəkildəki protez ayağı silib. Şagirdinin qəhrəman obrazında ayağını itirən bir şəxsi görməsini yanlış hesab edən müəlim qeyd edib ki, müharibə ilə bağlı rəsm əsərləri “şən omalı”, karnaval əhval-ruhiyyəsinə uyğun gəlməlidir.

“Sənin qəhrəmanın çirkindir”

Şagirdin qəhrəman obrazına lağ edən, həmin rəsmi “çirkin” adlandıran müəllimin bu hərəkəti şagirdin atası tərəfindən ictimaiyyiləşdirilib. Məhz bundan sonra məlum xəbər serətlə yayılaraq  bütün ölkədə geniş müzakirələrə səbəb olub.

Məsələyə münasibət bildirən ölkə ziyalıları, jurnalist və hərbi ekspertlərin böyük əksəriyyəti bu fikirdədir ki, Rusiaydakı məktəblərin əksəriyyətində uşaqlara müharibə haqqında yanlış fikirlər aşılanır. Belə ki, məktəblərdə müharibənin şagirdlərə bir bayram, festival kimi təbliğ edildiyini bildirən ölkə ziyalıları, bunun olduqca yanlış və təhlükə olduğunu vurğulamqdadır.

Mütəxəssislər hesab edir ki, müharibə, onun əsl mahiyyətini uşaqlara başa salmaq üçün müharibələrin insan talelərinə gəirdiyi dəhşətləri – ölümləri, ayrılıqları, qolsuz, ayaqsız savaş qurbanlarından nümunəsinə müraciət etməyə ehtiyac var.

“Dilənçilərin 70%-i müharibə əlilləri olub”

Məlum olaydan yola çıxaraq II Dünya Müharibəsi və onun acı nəticələri ilə bağılə bir-birindən maraqlı araşdırmalar ortaya qoyan Rusiya mediası, müharibə sonrasında ölkədə minlərlə əlsiz-ayaqsız müharibə veteranının meydana gəldiyini, onların böyük əksəriyyətinin öz yaşamını dilənçiliklə təmin  etdiyini bildirib. SSRİ Daxiıli İşlər Nazirliyinin konkret sənədlərinə istinad edən Rusiya mediası, SSRİ-nin iri şəhrələrində və sənaye mərkəzlərində həbs edilən dilənçilərinin 70%-nin müharibə əlilləri olduğunu ortaya qoyub.

Hələlik Təhsil Nazirliyi və digər rəsmi qurumlar baş verənlərlə bağlı hər hansı açıqlama ilə çıxış etməyib.