Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-25 10:10:00
Rayon məktəbində “Şəhidlər unudulmur” layihəsi

Müdafiə Nazirliyinin “Şəhidlər unudulmur” layihəsi çərçivəsində  Beyləqan rayonunun İkinci Şahsevən kənd tam orta məktəbində tədbir keçirilib. Şəhid ailələrinin üzvləri, Müdafiə Nazirliyinin nümayəndələri, N saylı hərbi hissənin əsgərləri, zabitləri, müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə 2016-cı ilin Aprel döyüşlərinin şəhidlərinə həsr edilən videoçarx təqdim olunub.

AzEdu.az xəbər verir ki, N saylı hərbi hissənin zabitləri Nemət Rəhimov və Elman Ağayev  hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə icra olunan “Şəhidlər unudulmur” layihəsindən danışıblar. Məlumat verilib ki, layihə çərçivəsində orta ümumtəhsil məktəblərində tədbirlər keçirilir, Qarabağ müharibəsi veteranları ilə şagirdlərin görüşləri təşkil olunur. 

İkinci Şahsevən kənd tam orta məktəbinin direktoru Sevda Əliyeva şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi baxımından “Şəhidlər unudulmur” layihəsinin əhəmiyyətini yüksək dəyərləndirib.

Sifai SƏFƏROVA (Azərbaycan müəllimi)