Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 17:34:00
Xaricdə doktorantura  təhsilinin  maliyyələşdirilməsindən bu  şəxslər də yararlana bilərlər

“Hazırda doktorantura təhsil alanlar da xaricdə doktorantura səviyyəsi üzrə təhsilin maliyyələşdirilməsindən yararlana bilərlər”

AzEdu.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Tv-nin “Təməl” verilişində Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri  Nicat Məmmədli bildirib.

Bildirilib ki,  gənclərin magistratura səviyyəsi üzrə təhsilin maliyyələşdirilməsi isə Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.

 Qeyd edək ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ilin yaz semestrində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti uzadılıb.

Qeyd olunan proqram çərçivəsində sənəd qəbulunun müddəti sabah, 25 yanvar tarixində  başa çatır.

 

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları