Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 16:16:00
“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Laçın rayonu Ə.İsaxanov adına Quşçu kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Zəhra Mirzəyevaya həsr olunub.

AzEdu.az xəbər verir ki, Zəhra Mirzəyeva 2017-ci ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik  qiymətləndirilməsində yüksək nəticə göstərərək 59 bal toplayıb. Elə həmin il  təhsilin inkişafında göstərdiyi xidmətlərinə, eləcə də gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə  Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olunub.

2006-cı ildən pedaqoji fəaliyyətə başlayan Zəhra müəllim hər bir şagirdin fərqli olduğunu, buna görə də onlara fərdi yanaşmanı öyrənmək üçün daim öz üzərində işlədiyini deyir. Zəhra Mirzəyevanın sözlərinə görə, müəllim və şagird münasibəti qarşılıqlı inkişafın özüdür. Yaxşı müəllim həmçinin şagirdlərinə kollektivlə  işləmək bacarığını, ətrafdakı insanlara qarşı  diqqətli  olmağı, ədalət  prinsipinə  riayət  etməyi   və  ən  əsası  da  öyrənməyi  sevməyi  öyrədir. Zəhra Mirzəyeva deyir ki, müasir təlimin tələb etdiyi kimi müəllimin məqsədi şüurlu şəkildə öyrənən və öyrəndiklərini tətbiq etməyi bacaran şagirdlər yetişdirmək olmalıdır. Müəllim daim axtarışda olduqda nəticələr də yüksək olur. Zəhra Mirzəyeva bildirir ki, yalnız sənətini sevən bir müəllim mükəmməl şagird yetişdirə bilər.

Qeyd edək ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.