AMEA-nın Geologiya və Geofizika İnstitutda geologiya, geologiya mühəndisliyi və geofizika mühəndisliyi ixtisasları üzrə təhsil alan I və II kurs magistrantlarının qış imtahan sessiyası davam edir.
AzEdu.az xəbər verir ki, 10 magistrant ixtisaslaşma fənləri üzrə imtahan verəcək.
Sessiya müddətində imtahanlara AMEA-nın Elm və təhsil baş idarəsinin Magistratura şöbəsinin müdiri Fikrət Feyziyev nəzarət edəcək.