![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_35c96353-d8aa-403b-a795-0743b31b80e4_441.jpg)
Təhsil naziri Ceyhun Bayramov yanvarın 15-də Strasburq Universitetinin prezidenti Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Fransız Universiteti (UFAZ) layihəsinin iki ölkə arasında təhsil əlaqələrinin hərtərəfli inkişafında yeni bir mərhələ təşkil etdiyi və UFAZ-da magistraturanın yaradılmasının bu əlaqələrin inkişafına müsbət töhfə verəcəyi vurğulanıb.
Fransa tərəfi ilə aparılan danışıqlara əsasən, 2020-2021-ci tədris ilindən etibarən UFAZ-da magistratura pilləsinə qəbul aparılacaq. UFAZ-ın magistratura proqramının ümumi strukturu həmin təhsil müəssisəsinin bakalavriat proqramına əsasən təşkil ediləcək. Magistratura pilləsində təhsilin 2 il müddətinə 3 ixtisas (Tətbiqi kompüter elmləri, kimya mühəndisliyi, geofizika mühəndisliyi) üzrə aparılması və hər il bütün ixtisaslar üzrə 80 tələbənin qəbulu nəzərdə tutulub. Sonda məzunlara həm Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, həm də Strasburq Universitetinin diplomları veriləcək.
Qeyd edək ki, hazırda UFAZ-da 538 tələbə təhsil alır. 2019-2020-ci tədris ilində UFAZ-ın ilk məzun buraxılışı olacaq.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)