https://www.zirve.edu.az/
12.01.2020 17:02
Afrika qitəsi Olimpiya oyunlarına ilk dəfə ev sahibliyi edəcək  

Yeniyetmələrin IV Yay Olimpiya Oyunları 2022-ci il oktyabrın 22-dən noyabrın 9-dək Seneqalın paytaxtı Dakarda keçiriləcək.

 Bu barədə məlumat Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytında yerləşdirilib. Xəbər verilir ki, Olimpiadanın proqramında 35 idman növü yer alıb və idmançılar hər bir idman növü üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Qeyd olunub ki, bu, Afrika qitəsinin ev sahibliyi edəcəyi ilk Olimpiya oyunları kimi tarixə düşəcək.

 “Dakar-2022” Olimpiya Oyunları 1 noyabr - Afrika Gəncləri Gününün qeyd olunduğu vaxta təsadüf edəcək.