Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-10 13:02:00
BMU-nun rektoru imtahanların gedişini izləyib

Bakı Mühəndislik Universitetində (BMU) növbəti imtahan sessiyası davam edir.

AzEdu.az xəbər verir ki, rektor, professor Havar Məmmədov auditoriyalarda imtahanların gedişini izləyib. Universitetdə tələbələrin tədrisi üçün geniş imkanların yaradıldığını bildirən rektor sessiyanın şəffaf, obyektiv, qərərsiz və mövcud qaydalara uyğun keçirilməsi üçün bütün tədbirlərin görüldüyünü vurğulayıb. Rektor imtahan prosesi ilə bağlı tələbələrlə söhbətləşib, təkliflərini dinləyib və onlara imtahanlarda uğurlar arzulayıb.

H.Məmmədov imtahan sessiyasının gedişinə nəzarət, müraciətlərin qəbulu, eləcə də araşdırılması məqsədilə yaradılan Qərargahın və Apelyasiya Komissiyasının işi ilə də yaxından tanış olub.

Qeyd edək ki, imtahan sessiyası fevralın 1-nə qədər davam edəcək və  bu müddət ərzində ictimaiyyət nümayəndələri, valideynlər imtahanların gedişini müşahidə etmək imkanına malikdirlər.