Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-07 14:29:00
BMU əməkdaşlarının məqaləsi “Web of Science” indeksli jurnalda

Bakı Mühəndislik Universitetinin (BMU) Dünya iqtisadiyyatı kafedrasının müdiri i.ü.f.d., dosent Şəhriyar Muxtarov və kafedranın baş müəllimi i.ü.f.d. Suqra Hümbətovanın “The Effect of Financial Development on Energy Consumption in the Case of Kazakhstan” adlı məqaləsi “Journal of Applied Economics-in 2020-ci il üzrə 1-ci sayının 23-cü buraxılışında nəşr edilib.

AzEdu.az xəbər verir ki, məqalədə Qazaxıstanda maliyyə inkişafı, iqtisadi artım, enerji qiymətləri və enerji istehlakı arasındakı əlaqə “VECM” metodu vasitəsilə istifadə edilərək analiz edilib. Müəlliflər uzunmüddətli dövrdə maliyyə inkişafı və iqtisadi artımın enerji istehlakına təsirlərinin müsbət və statistik cəhətdən əhəmiyyətli olduğu nəticəsinə gəliblər. Tədqiqat nəticələri əsasında iqtisadi siyasət üzrə qərarvericilər üçün bir sıra təkliflər də irəli sürülüb.

Qeyd edək ki, sözügedən jurnal “Web of Science” və “Scopus” kimi nüfuzlu məlumat bazalarında indekslənir.