https://www.zirve.edu.az/
04.01.2020 10:28
Diaqnostik Qiymətləndirmənin Respublika birincisi-"Suallar çətin deyil, amma..."

“İnsanlar psixoloqun simasına baxdıqda belə rahatlıq tapmalıdırlar. Təbii ki, peşəkar psixoloq olmaq üçün savad da önəmlidir”

Bu sözlər psixoloqların diaqnostik qiymətləndirilmə müsabiqəsində  namizədlər arasında ən yüksək nəticə göstərən Gülşən Zeyniyevaya  məxsusdur.

Gülşən Zeyniyeva psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində  yüksək nəticə göstərək 55 bal toplayıb.

O, Bakı şəhər 263 nömrəli tam orta məktəbin psixoloqudur; 13 ildir ki, bu vəzifədə çalışır. Gülşən Zeyniyeva 1994-1998-ci illərdə Bakı Dövlət Universitetində fizika ixtisası üzrə bakalavr, 2000-2001-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya üzrə yenidənhazırlanma təhsili alıb.

O, AzEdu.az-a açıqlamasında...

“Psixoloqların diaqnostik qiymətləndirilmə imtahanı mənim üçün çox yaxşı keçdi. Onu da bildirim ki, imtahan zalına girmədən öncə həyəcanlı idim.Təbii ki, hər bir insan imtahan zalına daxil olduqda həyəcanlanır. Psixoloqların diaqnostik qiymətləndirilmə imtahanını çoxdan gözləyirdim.

 Psixoloqların diaqnostik qiymətləndirilməsində respublika üzərində ən yüksək nəticə göstərəcəyimə inanmırdım. Amma imtahanda yüksək nəticə göstərəcəyimə inanırdım. Artıq 1998-ci ildən etibarən orta məktəbdə çalışıram.

İmtahanda iştirakçılara təqdim edilən suallar çətin deyildi. Ümumiyyətlə, imtahanlarda iştirakçılara təqdim edilən suallar çətin, asan, orta səviyyədə olur. Bu imtahanda təqdim edilən suallar əsasən praktik yönümlü idi. 

 Psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanın  vaxtı bəlli olduqdan sonra müsabiqəyə ciddi hazırlaşmağa başladım”.

İmtahanlarda yüksək bal toplamağın sirləri...

“Psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanında yüksək nəticə əldə etmək istəyənlərə tövsiyə budur ki, çox çalışsınlar.

İnsanlar psixoloqun simasına baxdıqda belə rahatlıq tapmalıdır. Təbii ki, peşəkar psixoloq olmaq üçün savad da önəmlidir”.

 Qeyd edək ki, dekabrın 28-də psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi başa çatıb. Ümumilikdə elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra 2757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək hüququ qazanıb. Diaqnostik qiymətləndirilmə imtahanlarına 2633 namizəd qatılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları