Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-27 16:00:00
Uşaq bağçasında Yeni il sevinci

Bakının Səbail rayonunundakı 157 nömrəli uşaq bağçasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

AzEdu.az xəbər verir ki, bağçanın direktoru Banu Əzizova əlamətdar günlər münasibətilə körpə fidanları təbrik edib. O, Yeni ilin dünyanın müxtəlif xalqlarının ənənəvi bayramına çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olduğunu bildirib. O, həmrəylik gününün ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaqda, onların arasında birlik yaratmaqda mühüm rol oynadığını söyləyib.

Bayram tədbirində Şaxta baba və Qar qız uşaqları şənləndiriblər.

Musiqi nömrələri ilə davam edən tədbirdə uşaqlar şeirlər söyləyib, səhnəciklər göstərib, rəqslər ifa ediblər.