https://www.zirve.edu.az/
07.12.2019 17:49
“Bizdə 80-90 yaş aralığında 29 müəllim çalışır, amma...” -Rektor

“Hazırda ali məktəblərdə kadr potensialı baxımından mövcud durum  ürəkaçan deyil”.

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı İctimai Televiziyada yayımlanan “Pressinq” verlişində deyib.

Yaş məsələsinə toxunan rektor bu sahədə ciddi islahatların aparıldığını vurğulayıb:

“Müasir dövrdə  təhsil innovasiyalara söykənməlidir. Bu baxımdan, kadr potensialı məsələsi  çox ağrılıdır.

Təhsil müəssisələrində yaş məsələsi öz sözünü deyir.ADNSU-da  bu ilin sentyabr ayına kimi 90 yaşdan yuxarı  4 müəllimimiz fəaliyyət göstərirdi.Biz  qarşılıqlı anlaşma əsasında bu iş birliyinə son qoyduq.Hazırda 80-90 yaş aralığında bizim 29 müəllimimiz var.Həmin  müəllimlərimiz də  yarımştat şəkildə vəzifələrini icra edirlər.Onlara uyğun qrafik tərtib edilib və onlar öz dəyərli məsləhətlərini gənclər və müəllimlərlə  bölüşürlər.75-80 yaş aralığında olan müəllimlərimiz isə kifayət qədərdir.

Bu gün ADNSU-da elektron təhsil sistemi tətbiq olunur.Ona görə də müəllimlərin komputeri bilməsi  vacibdir.Lakin bunu bilməkdə azdır.Həmçinin, lazımlı materialları komputerə yerləşdirmək , onlardan düzgün istifadə etmək, tələbənin maraqlarına toxunmaq və distant şəkildə qoşularaq  tələbələri marifləndirmək lazımdır.Biz iki il müddətində  müəllimlərimiz üçün  informasiya texnologiyaları haqqında təlimlər təşkil etdik.Bu dövrdə bizdən küsən, inciyən və müqavimət göstərən müəllimlər oldu.Hazırda müəllimlərimizin İT bilikləri 90 faizdir.

Bütün auditoriyalarımız  veb şəkildə təchiz olunub.Bu o deməkdir ki, müəllim açarla sinifə daxil olur , masasını açır və 20 saniyəyə hər şeyi işə salır.Bu baxımdan, tədrisin keyfiyyətini artırmaq üçün onu təşkil edən müəllimlərin  yaş məsələsini  ön plana çəkmək lazımdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları