Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-28 16:25:00
Məcburi köçkün rayonunun təhsil göstəriciləri – Təəssüf ki...

2018-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edən məzunların imtahan nəticələrinin elmi-statistik təhlili açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

AzEdu.az adıçəkilən jurnala istinadən bölgələr üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini silsilə şəkildə oxuculara təqdim edəcək.

Budəfəki  yazıda Laçın rayonu üzrə məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistik təhlilini diqqətə çatdırırıq.

2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 953 şagird bitirib, onların 937 nəfəri buraxılış imtahanında iştirak edib və 680 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 12.38%-i “2”, 31.38%-i “3”, 30.74%-i “4”, 25.51%-i “5”, riyaziyyat fənni üzrə 16.22%-i “2”, 25.40%-i “3”, 32.76%-i “4”, 25.61%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 18.89%-i “2”, 35.65%-i “3”, 26.57%-i “4”, 18.89%-i “5” qiyməti alıb.

Ümumilikdə, attestat alanların 83.30%-i (783 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 462 məzunu (imtahanlarda iştirak edənlərin 59.00%-i) tələbə adını qazanıb. Onların 16.23%-i (75 nəfəri) dövlət, 0.22%-i (1 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 75.97%-i (351 nəfəri) dövlət, 7.58%-i (35 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

Rayon məzunlarının 92 nəfəri 500-dən, o cümlədən 29 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Rayon abituriyentlərinin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 266.942-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 2.5% aşağıdır.

Rayon abituriyentlərinin yalnız 40.32%-i 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 3.03%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 40.91%-dir. Qəbul imtahanlarında 79 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Qarakeçdi kənd 2 saylı, Fərəcan kənd, Aşağı Fərəcan kənd və Malıbəy kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Şeylanlı kənd 1 saylı tam orta məktəbinin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməmişdir. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 18 və 34 saylı, Kamallı kənd tam orta məktəbləri daxil olub

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları