Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-09 12:08:00
"İngilislər milli bayrağımızı dalğalandırmağa qoymurdular”- Bayraq Günü...
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”.
 
Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında deyib: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".
 
Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəllifi Üzeyir Hacıbəyov yazırdı: "Azərbaycan Respublikası sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb... Eyni za-manda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışır¬dı. Bayrağımızdakı üç rəng bu elementləri özündə əks etdirir".
 
Lakin dövlətin öz halal bayrağını dalğalandırmağa mane olanlar da tapılıb. Moderator.az xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, araşdırmaçı Zaur Əliyev bu barədə aşağıdakı tarixi faktları səsləndirir: “Bayraq rəsmən Azərbaycan Cümhuriyyətinin parlamentində təsdiqlənsə də onu bir çox qurumların üzərində dalğalandırmaq çətin idi. Bakıda o zaman olan ingilislər üçrəngli bayrağımızın rəsmi olaraq dalğalandırılmasına o qədər razılıq vermirdilər. Onlara təsir edən, bu fikri dərinləşdirən isə Bakıda yaşayan ermənilər və ruslar idi. İngilislər yalnız həftənin 1-ci və 4-cü günləri yəni iclas keçiriləndə icazə verirdilər ki, Parlament binası üzərində milli bayrağımız dalğalansın, iclas bitən kimi bayrağımızın endirilməsini tələb edirdilər”