Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-15 12:47:10
İdarə müdiri qızıl və gümüş medal alan şagirdlərin sayını açıqladı  

2018-2019-cu  tədris ilində təhsildə xüsusi nailiyyətləri ilə seçilən IX siniflər üzrə 877 nəfərə,  XI siniflər üzrə 556 məzuna, ümumilikdə, 1433 məzuna fərqlənmə attestatı verilib.

AzEdu.az-ın məlumatına görə, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

O qeyd edib ki, XI sinfi xüsusi nailiyyətlərlə bitirən 14 nəfər məzuna qızıl, 1 nəfər məzuna isə gümüş medal verilib.

R.Tağıyev bu il ali məktəblərə qəbul olan paytaxt məktəbliləri barədə də məlumat verib:

"Qəbul imtahanlarına müraciət edən 17 505 abituriyentin 13 012 nəfəri, yəni 74 faizi respublikanın müxtəlif ali və orta ixtisas müəssisələrinə qəbul olub. 500 və 500-dən yuxarı bal toplayan abituriyentlərin sayı qəbul olunanların 22 faizini təşkil edir.  

Ali məktəbə qəbul imtahanlarında İdarənin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə orta göstəricisi 363,3 baldır. 600-700 bal aralığında nəticə göstərən məzunların sayı 0-100 bal arası nəticəsi olanlardan çoxdur.  

2019-2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilib. Onlardan 26-sı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunlarıdır".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları