![](https://azedu.az/uploads/news/2018/05/gu.jpg)
Türkiyənin İzmir şəhərində yerləşən Heydər Əliyev adına Peşə və Texniki Anadolu Liseyinin bir qrup əməkdaşı Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb.
Universitetdən AzEdu.az-a bildirilib ki, görüşdə AzMİU-nun nəzdində yerləşən İnşaat Kollecinin “Tək millət, iki dövlət” adlı qardaş məktəblər layihəsi çərçivəsində Türkiyənin Heydər Əliyev adına Peşə və Texniki Anadolu liseyi ilə dostluq etdiyini alqışlayan G.Məmmədova bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib. “Düşünürəm ki, bu dostluq davamlı olacaq və hər iki məktəb əməkdaşlığın genişlənməsi üçün yeni layihələr icra edəcək”. G.Məmmədova bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi Türkiyə universitetləri ilə də işgüzar əməkdaşlıq əlaqələri qurub. Sonra rektor AzMİU-nun tarixi, beynəlxalq əlaqələri, fakültə və ixtisasları barədə qonaqlara ətraflı məlumat verib, qonaqlara hədiyyələr təqdim edib.
Nümayəndə heyətinin başçısı İzmir Aliağa Şəhər Milli Təhsil İdarəsinin müdiri Ogün Derse ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində Azərbaycana səfər etməklərindən məmnun olduqlarını, özlərini evlərindəki kimi hiss etdiklərini rektorun diqqətinə çatdırıb. O bildirib ki, bu əməkdaşlığın daha geniş istiqamətdə davam etdirilməsində maraqlıdırlar.
Liseyin müdiri Mehmet Sıtkı Arı Azərbaycan ilk dəfə gəldiyini, özlərinə qarşı səmimi və isti münasibət gördüklərini dilə gətirib. O, İnşaat Kolleci ilə ikitərəfli əlaqələrin bundan sonra yeni məzmunda inkişaf etdiriləcəyini deyib, əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin gerçəkləşdirilməsini təklif edib.
Görüşdə iştirak edən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə birinci katibi Nəcibə Nəsibova hər iki təhsil müəssisəsi arasında əməkdaşlığın faydalı olacağını, bu əlaqələrin inkişaf etdirilməsi üçün lazım olan dəstəyi göstərəcəklərini bildirib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)