Azedu.az

Bu universitetin tələbələrinə ŞAD XƏBƏR: 10 nəfər xüsusi təqaüd alacaq

21 Sentyabr 2019, 15:24
 Bu universitetin tələbələrinə ŞAD XƏBƏR: 10 nəfər xüsusi təqaüd alacaq
Azərbaycan Dillər Universiteti daha 10 tələbəni təqaüdlə təmin edəcək.
 
AzEdu.az-ın məlumatına görə, Moderator.az xəbər verir ki, bu barədə ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı məlumat yayıb.
 
THİK sədri bildirib ki, "MTV Azərbaycan" kanalı ADU-da təhsil alan, həmçinin incəsənət sahəsində uğurlu fəaliyyəti ilə seçilən, xüsusilə də maddi durumu çox aşağı olan 10 tələbəyə aylıq 50 manat təqaüd verəcək.
 
Təqaüd alacaq tələbələr ADU THİK-in İdarə Heyəti tərəfindən təsdiqlənəcək.
 
Qeyd edək ki, ADU maddi imkanı aşağı olan onlarla tələbələsinə müxtəlif mənbələrdən təqaüd almasına yardımçı olur.
ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox