
2018-05-04 10:00:00
Kooperasiya Universitetində “Azərbaycan Gəncliyi və Heydər Əliyev” konfransı
3 may 2018-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci il ildönümünə həsr olunmuş "Azərbaycan Gəncliyi və Heydər Əliyev" mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən konfrans Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan gəncləri haqqında bildirdikləri fikirlər və tövsiyyələr barəsində hazırlanmış qısa filmin nümayişi ilə açıq elan olundu.
AzEdu.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Azərbaycan Kooperasiya Universitetinin Tədris İşləri üzrə prorektoru Fikrət Quliyev bildirdi ki, "Azərbaycanın bugünkü zəngin elmi, iqtisadi, mədəni, kadr potensialının təməlində Ulu Öndər Heydər Əliyevin apardığı milli quruculuq işləri dayanır. Elmə, təhsilə xüsusi diqqət yetirən Heydər Əliyev 70-ci illərdə hər il iki min nəfərə qədər gənci müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərinə göndərirdi. Ümummilli liderimiz Azərbaycanın müstəqilliyinə inandığı üçün gələcək dövlətimizin hərbi potensiala ehtiyacını nəzərə alıb bu addımı atmışdı. Hadisələrin sonrakı inkişafı bu dahi şəxsiyyətin uzaqgörənliyini bir daha sübut etdi".
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Vətənpərvərlik və vətədaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov da çıxış edərək vurğuladı ki, "Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi Ulu Öndərin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir".
Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək qeyd etdi ki, "Ulu Öndərimiz Heydər Əliyevin banisi olduğu Dövlət Gənclər Siyasəti gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı. Bu gün həmin siyasət onun layiqli davamçısı tərəfindən uğurla davam etdirilir".
Digər çıxış edənlər, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədrinin müşaviri Hüseyn Babayev, Universitetin Ekspertiza və əmtəəşünaslıq kafedrasının müdiri, professor Vilayət Əliyev, AKU Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov da Xalqımızın Ümummilli lideri Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan və onun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətdən danışaraq, bu siyasi kursun hələ yüz illərlə Azərbaycanı inkişaf etdirəcəyinə əmin olduqlarını bildirdilər.
Bu bölməyə aid digər xəbərlər
ADU və ADNSU-dan tələbələrin qalmaqallı rəqsinə dair AÇIQLAMA - VİDEO
2023-03-20 16:26:24
AzTU-da “YENİ Klub” təsis edilib
2023-03-19 13:28:29
MDU əməkdaşları şəhid ailələrini ziyarət ediblər
2023-03-19 12:27:00
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
2023-03-18 13:06:00
“Heydər Əliyev İli”nin tələbə elmi konfransı keçirilib
2023-03-18 12:37:00
Universitetdə Çin mədəniyyətinə həsr olunmuş sərgi
2023-03-18 12:06:00
Mingəçevirdə tələbə və şagirdlər bayramı birgə qeyd ediblər
2023-03-18 11:36:00
LDU-da bayram ovqatlı Novruz şənliyi
2023-03-18 11:19:00
Rektor universitet heyətini təbrik etdi
2023-03-18 10:38:00
Rektor universitet kollektivini təbrik etdi
2023-03-17 18:24:44
kitabı
ÇOX OXUNANLAR
13 Mart 2023, 10:24
DİM 11-cilər üçün təkrar buraxılış imtahanı KEÇİRƏCƏK

14 Mart 2023, 14:40
Bu universitetdə III kurs tələbəsi dekan müavini TƏYİN OLUNDU

12 Mart 2023, 10:15
Nazirlikdən maaşları artan müəllimlərə çağırış: bunu nəzərə alın!

15 Mart 2023, 12:38
Sertifikasiya ilə bağlı nə dəyişib? - Müəllimləri narahat edən suallara CAVAB - RƏSMİ

13 Mart 2023, 12:00
Dünənki imtahanın sualları çətin olub - Təhsil EKSPERTLƏRİ

17 Mart 2023, 14:18
Sertifikasiyaya hazırlaşanların nəzərinə - İmtahanda bu əsərlər düşəcək - SİYAHI

10 Mart 2023, 14:36
Müəllimləri maraqlandıran məsələ: Həmkarlar təşkilatından çıxmaq olar? - Hüquqşünas CAVABI

13 Mart 2023, 13:19
Ali məktəblərdə dövlət imtahanı ləğv olunub

FACEBOOK