Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-03 10:28:23
11 yaşlı şagird üç beynəlxalq musiqi festivalının qalibi oldu

Adanada yaşayan 11 yaşlı Əlif Əroğlunun Çukurova Universiteti Dövlət Konservatoriyası Musiqi və Balet  orta məktəbinin simli alətlər kamança bölümündə təhsil almasının ikinci ili olsa da,  iştirak etdiyi üç beynəlxalq musiqi yarışmasında qalib gəlib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, hələ 9 yaşında  konservatoriyaya qəbul olunan Əlif Əroğlu 8-ci Baden Vüttünberq  Beynəlxalq Musiqi yarışması, 3-cü Tokio Beynəlxalq Musiqi Yarışması və Serbiyadakı  Beynəlxalq İnternet Musiqi Yarışında birinci yeri tutub. O, musiqi həyatına kamança ilə başlasa da,  ikinci instrument kimi pianonu seçib.

O, bütün günü musiqi məşqləri etdiyini, kiçik çalışmalarla əllərini simli alətə alışdırdığını bildirib: “Musiqini çox sevirəm. Kamançada ifa edərkən onu hiss edirəm.  İfa etdiyim musiqiyə görə əhvalım da dəyişir, xoşbəxt oluram. Peşəkar musiqiçi olmaq, böyük konsert salonlarında çıxış etmək istəyirəm. Həm də musiqi müəllimi kimi çalışmağı planlaşdırıram. Musiqi ilə məşğul olmaq istəyən yaşıdlarıma isə  erkən yaşlarda başlamalarını tövsiyə edirəm. Onlar güclü çalışmalıdırlar. Zəhmət çəkmədən heçnə əldə etmək olmaz”.

Konservatoriyanın direktoru prof. Toğrul Qəniyev isə Əroğlunun qalib olduğu yarışmaların kifayət qədər prestijli, vacib yarışlar olduğunu bildirib:  “Əlif ən istedadlı şagirdlərimizdən biridir.  Onun əvvəllər də aldığı mükafatların sayı çoxdur. O,  gələcəkdə daha böyük səhnələrdə yer alacaq və  təhsilinə xaricdə davam edəcək”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları