![](https://azedu.az/uploads/news/2018/05/vaqif-ferzeliyev.jpg)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzvlüyü rəsmiləşdirilib.
AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, akademikə bu quruma üzvlüyü təsdiq edən atributlar təqdim olunub. Həmin atributlar döş nişanı, sertifikat, üzvlük vəsiqəsi və möhürdən ibarətdir.
Oksford Akademik Birliyinin Ekspertlər Şurası V.Fərzəliyevin beynəlxalq səviyyəli elmi fəaliyyətini uzun müddətdir ki, yaxından izləyir. Təşkilat akademikin tədqiqatlarının müasir cəmiyyətdə elm və istehsalın inteqrasiyasının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirərək belə bir qərar qəbul edib. Oksford Akademik Birliyində hesab edirlər ki, bu üzvlük azərbaycanlı alimin elmi fəaliyyətinin Avropada, ümumən bütün dünyada daha da tanıdılmasına imkan yaradacaq.
Qeyd edək ki, Oksford Akademik Birliyi 2014-cü ildə Avropa rektor klublarının bazası əsasında dünya elmi və biznes cəmiyyətinin tələbi ilə yaradılıb. Bununla bağlı memorandum dünyanın 30 ölkəsinin tanınmış rektor, müəllim və alimləri tərəfindən imzalanıb. Birliyin təsis olunmasında əsas məqsəd XXI əsrdə elm və təhsilin inkişafı üçün alimlərin səylərinin birləşdirilməsi, həmçinin müasir istehsalda yeniliklərin tətbiqinin təşviq edilməsidir.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)