Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-29 11:41:11
"Bizləri saymırlar, amma özümüzü mütləq dünyaya sübut etdirəcəyik” – Nobel alan türk

 

“Biz türkləri heç kim intellektual insan olaraq  saymır, amma biz onlara özümüzü mütləq güclü erudusiyalı insan kimi saydıracağıq”.

AzEdu.az  xəbər verir ki, b u sözləri Nobel mükafatı laureatı, türkiyəli alim ,  professor  Əziz Sancar bir konfransdakı  çıxışı zamanı deyib.

Konfransda iştirak  üçün Şimali Kiprə səfər edən Əziz Sancar Yaxın Şərq Universitetində çıxış edib.

Sancar, - "Mən siyasətçi deyiləm , amma bilirəm ki, KKTC-nin hər türkün qəlbində xüsusi yeri var. Mən türkəm və  belə bir fikrim var. Biz türkləri heç kim insan olaraq saymır, amma biz mütləq özümüzü sübut edəcəyik"- deyib.

Sancar, həmçinin elmin, ölkələrin inkişafı və nüfuzu üçün ən əsas element olduğunu vurğulayıb və Kiprin onun ürəyində xüsusi yeri olduğunu əlavə edib.

Qeyd edək ki,  Əziz Sancar Yaxın Şərq Universiteti Mütevelli Heyətinin başçısı  Dr. Prof. İrfan Günsel tərəfindən "Qızıl Açar və Şərəf Ordeni" ilə təltif olunub.