Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-25 09:40:07
Dövlət qulluğu imtahanlarında qadınlar daha uğurlu olub – STATİSTİKA

Dövlət İmtahan Mərkəzi tərəfindən 22 aprel 2018-ci il tarixində inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 1038 nəfəri kişi, 634 nəfəri isə qadın olub.

Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 907 nəfər (qeydiyyatdan keçənlərin 87%-i), qadınlar üzrə isə 572 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 2-si kişi, 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 2 nəfəri (kişi) imtahanı uğurla keçib.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 265 nəfəri (147 kişi və 118 qadın), 20‑24 yaş intervalında olan namizədlərdir.   Bu yaş qrupu üzrə imtahandan iştirak edən kişilərin 51.4%-i, qadınların isə təqribən 60%-i müvəffəqiyyət əldə edib.

25-29 yaş intervalında isə 305 nəfər (187 kişi və 118 qadın) lazım olan balı toplaya bilib.

Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 649 nəfəri, yəni təqribən 96%-i yaşı 34-ə qədər olan insanlardır. Bu göstərici 18 fevral tarixində keçirilən imtahanda da eyni idi. Bu onu göstərir ki, imtahanlarda uğur əldə edən namizədlər əsasən gənclərdir.

35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 27 nəfərdir.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1672 namizəddən 676 nəfəri (40.4%) müvəffəqiyyət əldə edib. Bu 18 fevral tarixində keçirilən imtahanda qeydə alınan göstəricidən təqribən 10% daha yaxşı nəticədir.

İmtahanda uğur əldə edənlərin faiz göstəricilərinə kişilər və qadınlar üzrə baxsaq görərik ki, qadınların nəticələri az da olsa, daha yuxarıdır. Belə ki, imtahanda iştirak edən kişilərin 38%-i, qadınların isə 44.5%-i uğur əldə ediblər.

Digər statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

 


Yaş intervalı    

 

 

Qeydiyyatdan 
keçib

 

 

Test imtahanından 
uğurla keçib


 Faizlə (%)

 
 
 

20-24

483

265

54.9

 

25-29

710

305

43.0

 

30-34

286

79

27.6

 

35-39

100

18

18.0

 

40-44

42

7

16.7

 

45-49

16

1

6.3

 

50-54

20

1

5.0

 

55-59

12

0

0.0

 

60-64

3

0

0.0

 

Cəmi:

1672

676

40.4

 

 

 Kişi və qadınlar üzrə məlumat:

Cinsi

Yaş intervalı 

Qeydiyyatdan 
keçib

 Test imtahanından 
uğurla keçib

 Faizlə (%)

 
 
 

Kişi

20-24

286

147

51.4

 

Kişi

25-29

445

187

42.0

 

Kişi

30-34

176

46

26.1

 

Kişi

35-39

63

8

12.7

 

Kişi

40-44

30

4

13.3

 

Kişi

45-49

12

1

8.3

 

Kişi

50-54

14

1

7.1

 

Kişi

55-59

10

0

0.0

 

Kişi

60-64

2

0

0.0

 

Kişilər üzrə cəmi:

1038

394

38.0

 

Qadın

20-24

197

118

59.9

 

Qadın

25-29

265

118

44.5

 

Qadın

30-34

110

33

30.0

 

Qadın

35-39

37

10

27.0

 

Qadın

40-44

12

3

25.0

 

Qadın

45-49

4

0

0.0

 

Qadın

50-54

6

0

0.0

 

Qadın

55-59

2

0

0.0

 

Qadın

60-64

1

0

0.0

 

Qadınlar üzrə cəmi:

634

282

44.5

 

Yekun:

1672

676

40.4