Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-21 16:18:00
Dünyanın ən gənc müəllimi - 9 yaşında məktəb quran hindistanlı

9 yaşlı Babar dövlət məktəbində əldə etdiyi bütün bilgiləri şəhərətrafı məhəllədə qurduğu “məktəbdə” oyunlar oynadığı uşaqlarla paylaşmağa başlayır. Vaxt keçir və Babar Ali  sonradan Hindistanda bir qəhrəman olaraq tanınır,  qurduğu məktəbə dövlət tərəfindən daha real müəllimlər cəlb olunur.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, 2002-ci ildə 9 yaşından dərs deməyə başlayan Babar beləcə “dünyanın ən gənc müəllimi” adını qazanır.

Babar Alinin hazırda 25 yaşı var. Hələ 2015-ci ildə onun artıq 300 şagirdi və 10 köməkçi müəllimi var idi. Onun qurduğu məktəb - Ananda Siksha Niketan, əvvəlcə əhali arasında populyarlıq qazanıb. Daha sonra Qərbi  Benqal hökuməti tərəfindən tanınaraq rəsmiləşib.

 Qeyd edək ki, Babar Ali babaraliheadmaster.com adlı bir veb-saytına sahibdir, burada təhsil sistemi ilə əlaqəli informasiyalar yer alır