https://www.zirve.edu.az/
18.04.2018 05:54
Görmə məhdudiyyətli şagirdlərin təhsil almaları asanlaşdırılacaq  

“Türk Telekom” şirkəti görmə məhdudiyyətli uşaqların təhsil almasını asanlaşdırmaq  məqsədilə “Məktəbdə gün işığı” layihəsini həyata keçirib.

AzEDU.az  türk mediasına istinadən xəbər verir ki, layihə çərçivəsində yalnız görmə məhdudiyyətli şagirdlərə dərslər verilmir, həm də müəllimlər  bununla bağlı məlumatlandırılırlar.  İki il davam edəcək layihə üçün Türkiyənin fərqli bölgələrindən əlli məktəb seçilib. Burada, ümumiyyətlə  görməyən və zəif görən şagirdlər üçün fərqli tədris metodları nəzərdə tutulub.

Layihənin əsas hədəfi görmə məhdudiyyətli şagirdlərin öz ətrafları  ilə eyni sosial və akademik ortamda ola bilməsi, ailələrinin onların təhsili haqda məlumatlı olmasıdır.  Bu tədris üsulları ilk olaraq Qars, İstanbul, İzmir, Sırt, Uşak, Ordu, Ankara, Eskişehir,Antalya və digər ərazilərdəki məktəblərə tətbiq olunacaq.

Öncə isə  bu tədris metodları ilə bağlı seminarlar təşkil olunacaq.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları