https://www.zirve.edu.az/
07.05.2019 10:56
Əmək fəaliyyəti ilə məşğul olanların magistratura oxumalarına hüquqi əngəl var? - RƏSMİ CAVAB  
Çap et

Əmək fəaliyyəti ilə məşğul olan bakalavrların magistraturaya ərizə verməsinə və imtahanda iştirak edib magistraturaya qəbul olmasına DİM tərəfindən hər hansı maneə qoyulmayıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd edilir ki, magistraturaya qəbul olduqdan sonra məsələ DİM tərəfindən deyil, işə götürən qurumla təhsil alacağınız ali təhsil müəssisəsi tərəfindən əmək qanunvericiliyi və digər normativ-hüquqi aktlara görə tənzimlənməlidir.   

Xatırladaq ki, magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçimi bu gün başa çatır.

II mərhələ üzrə imtahanlar mayın 26-da təşkil olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları