https://www.zirve.edu.az/
05.05.2019 14:03
5 mindən çox bakalavr magistr olmaq üçün ərizəsini təsdiqlədi - SON RƏQƏMLƏR
Çap et

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi davam edir.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, bu dəqiqələrə əsasən, ümumilikdə 5762 nəfər ərizəsini təsdiqləyib.

Bu say Azərbaycan bölməsi üzrə 5292, rus bölməsi üzrə isə 469 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, II mərhələ üzrə ərizələrin qəbulu aprelin 26-dan mayın 7-nə qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları