![](https://azedu.az/uploads/news/2018/04/1523867613478494231_1000x669.jpg)
ABŞ alimləri beyinin elektromaqnit aktivliyini qeydə alan, emal edən və canlandıran neyroimplantat vasitəsilə qısamüddətli yaddaşı 35 faiz yaxşılaşdırmağın mümkünlüyünü sübut ediblər.
AzEDU.az xəbər verir ki, tədqiqat işi ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat Layihələri Agentliyi tərəfindən maliyyələşdirilir.
Neyroimplantat beyinin elektromaqnit aktivliyini tanıyır, yaddaşdan xatirələrin düzgün çıxarılması ilə müşayiət olunan nümunələri ayırır və onları canlandıraraq ayrı-ayrı neyron qruplarını zəif elektrik impulsları ilə stimullaşdırır.
Tədqiqatda epilepsiya diaqnozlu və xəstəliklə əlaqədar qısamüddətli yaddaşını itirən 15 nəfər iştirak edib. Neyroimplantat digər əməliyyat aparılan zaman onların beyninə daxil edilib. Hippokampa (Limbik sistemin bir hissəsi olmaqla məlumatın saxlanılmasında böyük rol oynayır) yerləşdirilən implantatlar eksperiment iştirakçılarının qısamüddətli yaddaşını orta hesabla 35 faiz yaxşılaşdırıb.
Tədqiqat müəlliflərindən biri olan Robert Hempson bundan əvvəl heyvanlar üzərində uğurlu eksperimentlərin keçirildiyini bildirərək neyroimplantatın insanlar üzərində bu dərəcədə effektiv işləməsinə təəccübləndiyini gizlətməyib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)